13 dekabr 2020 - 11:22
Gürcüstanda bir gündə koronavirusdan 46 nəfər öldü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 min 720 yoluxma halı qeydə alınıb, 46 nəfər ölüb

ABNA24 Xəbər Verir, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı internet saytında məlumat verilib. 

Bununla da bu ölkədə koronavirusa yoluxanların sayı  189 min 726, ölənlərin sayı min 790  nəfərə çatıb. Virusa yoluxanlardan 158 min183 nəfərin isə sağaldığı bildirilib.

342/