11 dekabr 2020 - 16:43
Bakıda İlham Əliyev və Ərdoğanın iştirakı ilə qələbə paradı keçirilib

Azərbaycan Respublikasının paytaxtında bu gün Qarabağ müharibəsində qələbə münasibətilə möhtəşəm bir parad keçirilib.

ABNA24 Xəbər Verir, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirib ki, bu gün Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev xə Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda keçirilən zəfər paradında 3 mindən çox əsgər iştirak edib.

Tədbirdə ilk çıxış edən İlham Əliyev deyib: "Azərbaycan Respublikası Qarabağ müharibəsinin ilk saatlarından etibarən Türkiyənin dəstəyini hiss edirdi və Bakı da Türkiyə ilə birliyini dünyaya göstərdi".

"Ermənistan Azərbaycan xalqına qarşı hərbi cinayət törətdi", - deyə Azərbaycan Respublikası prezidenti əlavə edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Bakıda keçirilən Azərbaycan Respublikası ordusunun qələbə paradında çıxış edərək, deyib: "Mübarizə digər sahələrdə olduğu kimi siyasi və hərbi arenalarda davam edəcək."

O, həmçinin Qarabağı Azərbaycan Respublikasının ayrılmaz hissəsi kimi dəyərləndirib və İrəvanı hərbi cinayət törətməkdə ittiham edib.

342/