6 dekabr 2020 - 14:48
Təxti Rəvançi: "BMT legitimlik və etibarlılıq böhranı ilə üz-üzədir"

İranın BMT-dəki daimi nümayəndəsi BMT Təhlükəsizlik Şurasının fəaliyyətini tənqid edərək, deyib: "Bu beynəlxalq təşkilat zəif, passiv və bəzi hallarda qanunsuz və ya qanundan kənar fəaliyyətinə görə, legitimlik və etibarlılıq böhranı ilə üz-üzədir".

ABNA24 Xəbər Verir, İranın BMT-dəki daimi nümayəndəsi və səfiri Məcid Təxti Rəvançi BMT Baş Assambleyasında etdiyi çıxışında vurğulayıb: "BMT Təhlükəsizlik Şurası ABŞ-ın alət qutusunda bir açar olmamalıdır".

Taxti Rəvançi Təhlükəsizlik Şurasının Qərb ölkələrinin hakimiyyəti altında olduğunu bəyan edib və  qeyd edib ki, bu şura bəzi daimi üzvlər tərəfindən sui-istifadəyə məruz qalıb və etdiklərinə görə də cavabdeh olmayıb.

"BMT Təhlükəsizlik Şurası, üzvləri arasında inkişaf etməkdə olan ölkələrin zəif iştirakı səbəbindən qeyri-demokratikdir", - deyə İranın BMT-dəki daimi nümayəndəsi və səfiri əlavə edib.

342/