1 dekabr 2020 - 12:47
Azərbaycan Respublikası ordusu Laçına daxil olub

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi dünən gecə bu ölkə ordusunun Qarabağda yerləşən Laçın rayonuna daxil olduğunu bildirib.

ABNA24 Xəbər Verir, Laçın rayonu Bakının cənub-qərbindən 454 kilometr aralıda yerləşir.

Bu rayon 1992-ci ildən bəri Ermənistan qüvvələrinin ixtiyarında idi və Azərbaycan Respublikası və Rusiyanın prezidentləri, həmçinin Ermənistanın baş naziri arasında imzalanan 9 noyabr üçtərəfli razılaşmasına əsasən, dekabrın birində Azərbaycan Respublikasına geri qaytarılması qərara alınmışdı.

Ərazisi min 835 kvadrat-kilometr olan Laçın Qarabağda strateji bir bölgə, həmçinin Ermənistanla Qarabağın mərkəzi olan Xankəndi arasında başlıca birbaşa əlaqə istiqaməti sayılır.

342/