26 noyabr 2020 - 13:45
Gürcüstanda koronavirusa yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir

Gürcüstanda koronavirusa yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. Təkcə son sutka ərzində ölkədə daha 3 801 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 3 200 nəfər sağalıb, 39 nəfər pandemiyanın qurbanı olub.

ABNA24 Xəbər Verir, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.

Bildirilir ki, bununla da bu ölkədə COVID-19-a yoluxanların sayı 118 min 690-a çatıb. Yoluxanların 98 781-i sağalıb, 1 124-ü isə ölüb.

Hazırda karantin zonalarında 2 071, stasionar nəzarətdə 6 min 145 nəfər var.

Xəstəliyi yüngül formada keçirən 3 723 nəfər isə xüsusi otellərdə müalicə olunur.

342/