ABNA24 Xəbər Verir, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü məlumat verib.
Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda on iki min 460 yeni COVID-19 xəstəsi aşkar edilib. 2 744 nəfər xəstəxanaya yerləşdirilib.
İranda koronavirusa yoluxanların ümumi sayının 866 min 821 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 453 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 45 min 255 nəfərə çatıbdır. Aktiv xəstə sayı da 5 812 nəfərdir.
İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 610 min 406 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.
342/