ABNA24 Xəbər Verir, ölənlər arasında İraq ordusunun 2 əməkdaşı, Həşd Şəbi qüvvələrinin 2 üzvü və 2 mülki şəxs var. Hücumda bir neçə təhlükəsizlik qüvvəsi və mülki şəxs olmaqla 8 nəfər yaralanıb. İraq təhlükəsizlik qüvvələri tərəfindən ölkəni İŞİD terrorçularından təmizləmək üçün həyata keçirilən müxtəlif əməliyyatlara baxmayaraq, terror qruplaşmasının bəzi elementləri Diyala, Kərkük, Neynəva, Səlahəddin, Əl-Ənbar və Bağdad vilayətlərinin bəzi hissələrində fəaliyyət göstərir.
342/