ABNA24 Xəbər Verir, Fransa xəbər agentliyinin Vaşinqtondan verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Tramp, Baydenin yalançı şəkildə seçkilərin qalibi olduğunu iddia etdiyini açıqlayıb.
Al-Hədəs TV-yə görə, Donald Tramp deyib: Seçki qərargahı Bazar ertəsi günü seçki nəticələrinə qarşı məhkəməyə müraciət edəcək.
Əl-Məyadin TV şəbəkəsinə görə, Donald Trampın vəkilləri bir mətbuat konfransında bildiriblər ki, bazar ertəsi günü seçkilərin nəticələrinə qarşı məhkəməyə müraciət edəcəklər.
Əl-Cəzirə televiziyasına görə, Donald Tramp iddia edib: “Co Bayden dəlil olmadan və saxtakarlıqla qələbə elan etməyə tələsdi. Seçkinin nəticəsi hələ dəqiq deyil”.
342/