Əhli Beyt - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ayətullah Vəhid Xorasani İİR prezident aparatının sədri Muhəmməd Nəhavəndiyan ilə görüşdə prezident Doktor Ruhaniyə salamlarının çatdırılmasını istəyərək onun üç il ərzində çıkdiyi zəhmətlərə görə, öz təşəkkürünü bildirib.
İİR dövləti və məsul şəxsləri üçün dua edən Ayətullah Vəhid Xorasani bildirib: “Əgər bütün işlərdə məqsədiniz Allah Təala və İmam Zaman (Allah onun şərəfli gəlişini tezləşdirsin) həzrətlərinin razılığın qazanmaq olarsa heç şübhə etməyin ki, hər bir işdə müvəffəq olacaqsınız!”
Ali Təqlid Mərcəsi daha sonra deyib: “Xalqa xeyr niyyəti ilə xidmət edib və Əhli Beytin (əleyhimus səlam) razılığın qazanmaq İslam Dövlətinin əsas üsullarından biridir. Və mütləq dövlətin bütün proqramlarında buna riayət olunmalıdır. Əgər məsul şəxslər Allah Təala və İmam Zamanla (Allah onun şərəfli gəlişini tezləşdirsin) olan əlaqələrini daha da gücləndirsələr mütləq bütün problemlərə qələbə çalacaq və asanlıqla həll edəcəklər. Heç bir problem bu iki kəlmənin (Allah Təala və İmam Zaman) müqabilində tab gətirə bilməz.”
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır