1 mart 2016 - 19:54
Ərdoğan İraqı işğal edir, Türkiyə qırıcıları İraqın yaşayış massivlərini və müqəddəs türbəsini bombaladı

Yerli resursların bildirdiyinə görə, Türkiyə işğalçı qüvvələri qırıcı təyyarə ilə, Dəhuk şəhərinin şimalında yerləşən Dirşi kəndini bombalayaraq buradakı “Şeyx Əli İslam” türbəsini dağıdıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Türkiyə işğalçı qüvvələri İraqın müqəddəs obyektlərindən birini bombalayıb.

Yerli resursların bildirdiyinə görə, Türkiyə işğalçı qüvvələri qırıcı təyyarə ilə, Dəhuk şəhərinin şimalında yerləşən Dirşi kəndini bombalayaraq buradakı “Şeyx Əli İslam” türbəsini dağıdıb.

Qeyd edək ki, “Şeyx Əli İslam” türbəsi İraqın qədim tarixi türbələrindən biri saylır. Bu türbə 1100 il bundan əvvəl inşa edilib. “Şeyx Əli İslam” öz dövrünün ən böyük alim və pak insanlarından biri olub. Onun yaşadığı dövr İmam Zaman (Allah Onun Şərəfli Zühurunu tezləşdirsin) həzrətlərinin Kiçik Qeybət- Qeybəti Suğra dövrünə təsadüf edir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır