Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, vəkil Yalçın İmanov 22 Fevral, 2016 tarixdə Qobustan Qapalı Həbsxanasında AİP lideri Mövsüm Səmədovla görüşüb.
Bu barədə Yalçın İmanovun özü məlumat verib. Müvəkkilinin səhhətinin və əhval ruhiyyəsinin normal olduğunu söyləyən Yalçın İmanov, Mövsüm Səmədovun əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin(s) qızı Xanım Fatimeyi(s.ə)-nın şəhadət günləri və qarşıdan gələn Xocalı soyqırımı ilə bağlı bütün dünya müsəlmanalarına və Azərbaycan xalqına başsağlığı verib.
Vəkilin sözlərinə görə, Mövsüm Səmədov Xanım Zəhra(s.ə)-nın şəhadət günləri münasibəti ilə ilk öncə zəmanənin imamı Həzrəti İmam Zamana(ə), Əhli-beyt sevərlərə və bütün dünya müsəlmanlarına baş sağlığı ərz edib: “Allahdan arzum budur ki, dünya və axirətdə bizləri Həzrəti Fatimeyi-Zəhranın(s.ə) inayət və şəfaətindən məhrum etməsin.”
Mövsüm Səmədov görüş zamanı Xocalı faciəsi ilə bağlı da xalqımıza baş sağlığı verib. Vəkil bu barədə verdiyi açıqlamada deyilir: “Erməni işğalçıları tərəfindən törədilmiş Xocalı faciəsi bir qrup soydaşımızın faciəvi şəkildə öldürülməsinə səbəb olub. Lakin Qarabağın işğalı ilə bağlı yaranmış problem cəmiyyətimizin bütün sahələrini öz təsiri altında saxlayır. Hegemon güclər, xüsusilə beynəlxalq imperializm tərəfindən yaradılmış bu problemi təəssüflər olsun ki, mövcud hakimiyyət də aradan qaldırmaq iqtidarında deyil. Qarabağ problemi yalnız xalqın mərd, imanlı və şəhid ruhiyyəli övladlarının “Allahu Əkbər” şüarı altında öz həllini tapacaq. Bir daha xalqımıza qarşıdan gələn Xocalı faciəsi ilə bağlı başsağlığı ərz edir və dünyadan köçənlərə Allahdan rəhmət diləyirəm.”
Xatırladaq ki, Mövsüm Səmədov 2011 ci il 02 Yanvar tarixində Azərbaycan İslam Partiyasının keçirtdiyi konfransda çıxış edərək ölkədə baş alıb gedən korrupsiyaya, işsizliyə, insan haqlarının kobud sürətdə pozulmasına, Məscidlərin sökülməsinə, Hicaba qada qoyulmasına və s. ictimai və siyasi problemlərə etiraz edərək ölkə rəhbərliyini bacarıqsızlıqda ittiham etmişdir. Elə həmin ilin Yanvar ayının7–də isə polis Mövsüm Səmədovu tutaraq 10 günlük azadlıqdan məhrum etdikdən sonra, Yanvarın 19-da ona qarşı ağır ittihamlar sürərək dövlət çevrilişinə cəhd etməkdə ŞƏRLƏYƏRƏK 12 il müddətində azadlıqdan məhrum edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır