Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Əliyev rejiminin anti-İslam siyasətləri davam edir.
Belə ki, bu gün Nardaranda yenə xoşagəlməz hadisə yaşanıb. Bu gün şam namazından sonra Hz Fatimənin (s.ə) əzadarlıq mərasiminə cəm olan mömin və möminələr Nardaranda yerləşən, Nardaran piri Hüseyniyyəsindən uzaqlaşdırıblar. Əvvəl hər şey olduğu kimi davam edirmiş. Camaat moizə dinləyib, salavatlar zikr edib. Amma sonra isə…
Sonrasını hadisə zamanı orada olan möminlər belə deyir: "Moizə oldu. Mərsiyyə deyilən zaman, 7-8 nəfər polis nəfəri içəri daxil olaraq məclisi dayandırdılar və bu işə icazə olmadığını qeyd etdilər. Mərsiyyə yarımçıq qaldı və Xanım Zəhranın (s.ə) məclisini keçirtməyə qoymadılar. Hamı evinə getdi…”
Bunu da qeyd edək ki, bu hadisə sosial şəbəkələrdə böyük etiraza səbəb olub. Nardaran möminləri bu özbaşnalığa son verilməsini tələb edirlər.
QEYD: Məsələ ilə bağlı qarşı tərəfin də fikrini səsləndirməyə hazırıq.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır