Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriyanın sələfi zombiləri əlində mühasirədə olan iki Şiə şəhəri Nubul və Zəhra şəhərləri yaxın günlərdə mühasirədən tam azad olacaqdır.
Belə ki, Suriya Milli Ordusu ilə xalq kütləsindən ibarət Könüllü Dəstələrin birgə kçirtdikləri əməliyyatlarda “İŞİD”-in Türkiyəyə keçən tranzit yolu da Suriya Qüvvələri nəzarətinə alınıb. Gedən ağır döyüşlərdə düşmən ünsürlərinə öldürücü zərbələr dəyib, qırılan qırılıb qalan terrorçuların bəziləri Hələbə digərləri isə, Türkiyəyə qaçmağa nail olub.
Xatırladaq ki, duz 4-ildir 2012-dən Suriyada Şiələrin kompakt yaşadıqları Nubul və Zəhra adlı iki şəhəri sələfi terrorçuları tərəfindən mühasirədədir. Düşmən qüvvələrinin muhasirəsi zamanı şəhər əhalisinə ərzaq və dərman pereparatları çox məhdud sayda hərbi vertalyotlar vasitəsi ilə gətirilirdi.
Hələb rayonunun 20 km-də, Türkiyə sərhədlərinin isə 40 km aralığında Suriyanın şimalında yerləşən Nubul və Zəhra şəhərlərində 60-min insan yaşayır. ABŞ, Qərb, sionist rejim, Səudiyyə və Türkiyənin “İŞİD” şeytani qruplaşmaya davamlı və ardıcıl yardımları nəticəsində bu iki şəhər xarabalığa çevrilsə də, lakin əhali öz yurd və yuvalarını tərk etməyərək düşmənlərə təslim olmadılar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır