23 yanvar 2016 - 19:44
İraq, İbrahim ibn Malik Əştərin məzarı – Foto

Qeyd edək ki, İbrahim ibni Malik Əşəri Muxtar Səqəfinin (rəhmətullahi əleyh) qiyamının qələbə çalmasında əbəssiz rol oynamış və İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) doğma balası həzrət İmam Hüseynin (əleyhi səlam) mənfur qatillərini bir bir cəhənnəmə vasil etmişdir. Şeyx Tusi (qəddəsəllahu nəfsəhu zəkiyyə) “Əmali” kitabında Mədainidən belə Nəql edir ki, Allahın (cəllə cəlaluh) və bütün məxluqatın lənətinə gəlmiş İbni Ziyadı Malik Əştərin oğlu İbrahim tək bə tək döyüşdə əvvəl qolların kəsdikdən sonra başın bədənindən ayırdı. Muhəmməd Kəşşi “Ricalul Kəşşi” kitabında İmam Zeynul Abidinin (əleyhimə səlam) oğlu Ömərdən (admin: Bildirək ki, məsumlarımız bu kimi adları övladlarına qoymaqdan çəkinməyiblər) belə nəql edir: “Übeydullah ibn Ziyadın kəsilmiş başın İmam Zeynul Abidinin (əleyhi səlam) yanına gətirildi, O səcdəyə gedib buyurdu: Allah həmd olsun ki, intiqamımı düşmənlərimdən aldı! Allah Muxtara xeyr versin!”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Şiənin şücaətli, qəhrəman güclü sərkədəsi, fəsahətli şairi, qüdrətli döyüşkəni eyni zamanda öz qəbiləsinin müdrik başçısı İbrahim ibni Malik Əştər Nəx`i (Nəx` tayfasından olan Malik Əştərin oğlu İbrahim rəhmətullahi əleyhima) məqbərəsi onun 72 –ci Hicri Qəməri ilində, 11 il Kərbəla Faciəsindən sonra, mərkəzi rejimi Şamda (Suriyada) yerləşən məlun Əməvi qasibləri ilə mübarizədə igidcəsinə Şəhid olduğu məkanda (Samirra şəhərinin Bağdada gedən qədim magistiral yolu yaxınlığında) yerləşir.

Qeyd edək ki, İbrahim ibni Malik Əşəri Muxtar Səqəfinin (rəhmətullahi əleyh) qiyamının qələbə çalmasında əbəssiz rol oynamış və İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) doğma balası həzrət İmam Hüseynin (əleyhi səlam) mənfur qatillərini bir bir cəhənnəmə vasil etmişdir.

Şeyx Tusi (qəddəsəllahu nəfsəhu zəkiyyə) “Əmali” kitabında Mədainidən belə Nəql edir ki, Allahın (cəllə cəlaluh) və bütün məxluqatın lənətinə gəlmiş İbni Ziyadı Malik Əştərin oğlu İbrahim tək bə tək döyüşdə əvvəl qolların kəsdikdən sonra başın bədənindən ayırdı.

Muhəmməd Kəşşi “Ricalul Kəşşi” kitabında İmam Zeynul Abidinin (əleyhimə səlam) oğlu Ömərdən (admin: Bildirək ki, məsumlarımız bu kimi adları övladlarına qoymaqdan çəkinməyiblər) belə nəql edir: “Übeydullah ibn Ziyadın kəsilmiş başın İmam Zeynul Abidinin (əleyhi səlam) yanına gətirildi, O səcdəyə gedib buyurdu: Allah həmd olsun ki, intiqamımı düşmənlərimdən aldı! Allah Muxtara xeyr versin!”


 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır