19 yanvar 2016 - 15:45
Suraxanıda qadın özünü yandırıb öldürdü

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Dünən Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi V yaşayış massivindəki mənzildə orada yaşayan 1949-cu il təvəllüdlü Gülarə Həsənova üzərinə yandırıcı maddə tökərək özünə od vurub.

Ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə aparılan qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

İntiharın səbəbi araşdırılır.


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır