Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Astara rayonunda da sosial problemlərlə bağlı etirazlar başlayıb.
Rayonun Şahağacı kəndində sakinlər ikinci Astara-Bakı yolunu tutmağa cəhd ediblər. Bu barədə Astara rayon sakini Elçin İbrahimli məlumat verib.
Ən son məlumatda isə yerli sakinlərlər əsasən bank borclarına görə etiraz edirlər.
Hadisə yerinə yeridilən polis etirazçıların qarşısını almaqda acız qalıb. Qarşıdurmalar var deyən mənbə icra başçısının rayondan qaçdığını iddia edib.
Məlumatlara görə, Astaralılar süni qiymət artımına son qoyulmağı da tələb etsələrdə, icra hakimiyyətinin rəsmiləri, aksiyanı polis gücü ilə yatırtmağa çalışırlar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır