27 noyabr 2015 - 08:21
Hicab və Hicab Qadağası Məhbuslarını MÜDAFİƏ KOMİTƏSİ Nardaran faciəsi  ilə bağlı bəyanat verdi

İlahi! Vətən, mənəviyyat, din, qeyrət-namus, vicdan və ölkəmizin müstəqilliyi uğrunda çalışan, Quran və Əli-Beyt (əleyhimussalam) məktəbinin aşiqləri, mübariz ruhani və mömin qardaşlırımızın ŞÜCAƏT VƏ ƏMƏLLƏRİNİ qəbul elə!

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 26 Noyabr 2015 tarixdə terrorçu əliyevlər rejimi Bakının Nardaran məntəqəsində törətdiyi cinayət Şiə dünyasında böyük qınaqa səbəb oldu.

Hicab və Hicab Qadağası Məhbuslarını MÜDAFİƏ KOMİTƏSİ öz növbəsində cinayəti qınayan bəyanat yayımlayıb.

ŞƏHİDLƏRİN RƏBBİNİN ADI İLƏ!   

“Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyənlərin, sonra da (sözünün üstündə) möhkəm duranların (dünyada və  Qiyamət günü) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməyəcəklər!  Belələri cənnətlikdirlər, onlar (dünyada) etdikləri (yaxşı) əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar!”  (Əhqaf surəsi, 13-14)

Əssalamu ələykə ya Əba-Əbdillah!

İlahi! Vətən, mənəviyyat, din, qeyrət-namus, vicdan və ölkəmizin müstəqilliyi uğrunda çalışan, Quran və Əli-Beyt (əleyhimussalam) məktəbinin aşiqləri, mübariz ruhani  və mömin qardaşlırımızın ŞÜCAƏT VƏ ƏMƏLLƏRİNİ qəbul elə!

Bu gün  yenə də ölkəni başına almış vəhhəbi və ifratçı təriqətlərin əvəzinə dünya və Axirət səadətini hər bir insana sığortalayan, məntiq, əql və kamillik məktəbi, Quran və Əhli-Beyt (əleyhimussalam) aşiqlərinə qarşı ənənəvi olaraq zalımlar tərəfindən yeniləşmiş şər, böhtan və təziq kompaniyasının davamında Nardaran məntəqəsində törədilən cinayətlərə qarşı etirazımızı bildirir və hədəfi və şüarı yalnız, mənəviyyat, kamillik, haqq-ədalət və müstəqillik olan mübariz ruhani və mömin qardaşlarımızın  dərhal azad olunmasını tələb edir və bu cinayəti təşkil edən və onun sifarişçilərinin dərhal cəzalandırılmasını tələb edirik!
 

Hicab və Hicab Qadağası Məhbuslarını

MÜDAFİƏ KOMİTƏSİ

26, 11, 2015



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır