Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikası prezidenti gələn günlərdə Fransa ilə ticarət anlaşmalarının imzalanacağından xəbər verib.
Məlumata görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani Europe 1 radiosu və Fransanın 2-ci telekanalı ilə müsahibədə bildirib: “Gələn bir neçə gün ərzində İİR və Fransa ticarət sahəsində anlaşmalar imzalayacaqlar.”
17 noyabr Avropa səfəri çərçivəsində Fransa prezidenti Fransua Ollandla görüşməsi qərara alınan Ruhani cənabları deyib: “Fransaya səfərdən öncə nəqliyyat, kənd təsərrüfatı, sənaye, xüsusilə də avtomobil sahəsində müzakirələr aparılıb.”
İslam Respublikasının Fransadan Airbus təyyarəsi almaq niyyətində olduğunu bildirən Ruhani əlavə edib: “İran İslam Respublikasına təyyarə satan digər şirkətlər də vardır.”
Diqqət: Xəbərdənistifadəetdikdəmənbəyəistinadlazımdır