Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Seyid Elman Ağazadə bu gün də polis bölməsinə çağırılıb. Bölmədə onu ehtiyyatlı olmağa çağırıblar: "Ehtiyyatlı olun. Ola bilər məscidlərdə təxribat törədilsin." Elman Ağazadə də buna cavab olaraq deyib ki, biz nəzarət edirik amma bu işlə məşğul olan qurumlar ehtiyyatlı olmalıdırlar, gözlənilən təxribatın qarşısını almalıdılar.
Bildirək ki, Ruhani Seyyid Elman Ağazadə noyabrın 3-ü "Müsəlman Birliyi Hərəkatı"nın sədri, ilahiyyatçı Tale Bağırzadə Yasamal Rayon Polis İdarəsinə çağırılıb və ona qarşı orada fiziki təzyiqlər göstərildiyindən sonra ötən gün də, polis idarəsinə çağrlılmışdır.
Polis əməkdaşları E.Ağazadəyə dediyi sözləri geri götürməsini tələb edib. Lakin ilahiyyatçı bununla razılaşmayıb.
Xatırladaq ki, Elman Ağazadə MBH-nın sədrinə qarşı edilən zorakılığı pisləyib və həmin şəxsin cəzalandırılmasını tələb edib: "Əgər cəzalandırılmasa o zaman ruhanilər və möminlər oturub bir şey düşünməlidir ki, bu məsələ belə qalmasın”.
Diqqət: Xəbərdənistifadəetdikdəmənbəyəistinadlazımdır