1 noyabr 2015 - 10:15
Suriya vahid ölkə olaraq qalmalıdır

Serqey Lavrov: Suriya illərdir sürən vətəndaş müharibəsindən bütöv, sivil bir ölkə olaraq çıxmalıdır.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriyada vəziyyətin bərpasına yönəlmiş Vyana görüşü baş tutdu.

Məlumata görə, 8 saata yaxın sürən görüşdə bir sıra razılıqlar əldə olunub. Onlardan ən əsası, Suriyanın ərazi bütövlüyünü saxlaması və oranın vətəndaşlarının ölkənin siyasi gələcəyini özləri seçməli olmasıdır.

İİR, Rusiya və ABŞ Suriyada siyasi sabitliyə nail olmaq üçün birgə çalışacaqlar. Con Kerri bildirdi ki, danışıqları aparan tərəflər BMT-dən xahiş edəcək ki, Suriya ilə vasitəçi rolunu oynasın.

Həmçinin Serqey Lavrov xüsusilə vurğulayıblar ki, Suriya illərdir sürən vətəndaş müharibəsindən bütöv, sivil bir ölkə olaraq çıxmalıdır.

Görüşdə BMT və Avropa ittifaqı ölkələri, həmçinin 17 ölkə, Rusiya, ABŞ, Almaniya, Fransa və ilk dəfə olaraq İİR iştirak edib.

Diqqət: Xəbərdənistifadəetdikdəmənbəyəistinadlazımdır