Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya prezidenti Bəşər Əsəd oktyabrın 20-də Rusiyaya səfərə gəlib və Rusiya Federasiyasının prezidenti Vladimir Putin ilə görüşüb.
Görüş zamanı Suriya lideri Bəşər Əsəd Rusiya prezidenti Vladimir Putinə Suriyaya etdiyi yardıma görə, təşəkkür edib.
Suriya lideri bəyan edib ki, Rusiya Federasiyası və Rusiya xalqı Suriyaya dəyəri olmayan bir yardım göstərir, onun vahidliyini və müstəqilliyini dəstəkləyir.
Əsədin sözlərinə görə, Rusiya Federasiyasının böhranın əvvəlindən atdığı siyasi addımlar Suriyadakı hadisələrin daha da faciəvi şəkildə ssenari üzrə inkişaf etməsinə imkan vermədi.
Eləcə də Suriya prezidenti qeyd edib ki, terrorizm üzərində qələbə Suriyada gələcək siyasi tənzimləmə üçün lazımdır, belə ki, əks halda Suriya xalqı öz iradəsini ifadə edə və dövlətinin müqəddəratını həll edə bilməyəcək.






Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır