4 oktyabr 2015 - 10:48
Fransada 12 nəfər daşqınların qurbanı olub - FOTO

Fransanın cənubunda fövqaladə vəziyyət elan edilib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fransanın cənubunda leysan yağışları nəticəsində yaranan daşqınlar 12 nəfərin həyatına son qoyub.

France Bleu nəşrin məlumatına əsasən, daşqınlar nəticəsində Biot kommunasında qocalar evində 3 nəfər ölüb. Onların cəsədləri binanın su ilə dolmuş birinci mərtəbəsində tapılıb.

Beş nəfər Mandalye-la-Napul şəhərində yeraltı dayanacaqda avtomobillərini park etmək edəndə, 3 nəfər isə Valloris şəhərində dəmiryolu vağzalı ilə üzbəüz tuneldə təbii fəlakətin qurbanı olublar.

Kann şəhərində isə 60 yaşlı qadın boğularaq dünyasını dəyişib.

Fransanın cənubunda fövqaladə vəziyyət elan edilib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdırv