1 oktyabr 2015 - 04:19
Radikallar inək əti yediyinə görə öldürdülər

Ölkənin Uttar Pradeş əyalətində fanat hindlilər tərəfindən linç edilən 50 yaşlı Məhəmməd Əxlaqın 22 yaşlı oğlunun da ağır yaralandığı bildirilir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hindistanda 50 yaşlı bir Müsəlmanı evində inək əti yeyir deyə ölümcül döydülər.

Ölkənin Uttar Pradeş əyalətində fanat hindlilər tərəfindən linç edilən 50 yaşlı Məhəmməd Əxlaqın 22 yaşlı oğlunun da ağır yaralandığı bildirilir.

Məlumata görə, öldürülmüş Müsəlmanın evindəki soyuducuda olan bütün ətlər yoxlanmaq üçün laboratoriyaya göndərilib.

Xatırladırıq ki, əhalisi 1,2 milyard nəfərdən çox olan Hindistan əhalisinin 80% təşkil edən hindlilər inək əti yemirlər.

Hadisə ilə əlaqədar 6 nəfərin həbs olunduğu bildirilir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır