Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya Hava Qüvvələrinə məxsus təyyarələr Rəqqa şəhərini bombalayıb.
Sentyabrın 21-də Suriya Hava Qüvvələrinə məxsus təyyarələr Rəqqa şəhərini bombalayıb.
Bombardman nəticəsində İŞİD terror təşkilatının 142 terrorçusu öldürülüb. Öldürülən terrorçular İŞDİ-in müxtəlif qollarına məxsus olduğu qeyd edilir.
Bunların içərisində "Xənsa", "Həssəbah", və "Azəri" briqadasına məxsus terrorçular olub.
Bildirilib ki, 142 terrorçudan 40-ı "Azəri" briqadasına məxsus azərbaycanlı terrorçular olub. Onların komandiri Əbu Davud da öldürülənlər arasındadır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır