Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya ilə mübarizədə daxili qarşıdurma variantından istifadə edərək Bəşşar Əsədi devirməyə çalışan “böyük şeytan”- ABŞ indi çarəsiz qalaraq Bəşşar Əsədlə danışıqlara girməyə can atır.
Belə ki, ABŞ dövlət katibi Con Kerri İngilis həmkarı Filip Hammond ilə Londonda apardığı danışıqların sonunda deyib: “Rusiya və İran İslam Respublikası Suriya Prezidenti Bəşşar Əsədi ölkədəki münaqişənin sülah yolu ilə öz həllini tapması üçün aparılacaq danışıqlarda iştirak etməyə dəvət edə bilərlər.”
ABŞ dövlət katibi həmçinin vurğulayıb: “Hal-hazırda, münaqişənin həlli üçün müxtəlif ölkələrin səylərini birləşdirməyə "təcili ehtiyac" var.”
Con Kerri daha sonra bildirib: “Suriyada böhranın siyasi yollarlar ilə həl tapması üçün, mütləq təcili səylərimizi artırmalıyıq”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır