Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Cənubi Koreya Rusiya ilə iqtisadi əlaqələrini genişləndirmək istəyir.
Bu barədə Koreyanın Sənaye və Enerji naziri Yoon Sanq-jik məlumat verib. O, Rusiya ilə güclərini birləşdirməyin zamanı gəldiyini açıqlayıb:
“Rusiya və Cənubi Koreya arasındakı əməkdaşlıq potensialı var. Güclərimizi birləşdirməyin vaxtı çatıb”.
Seul rəsmisi koreyalı iş adamlarının bölgədəki fəaliyyətlərini artıracağını vurğulayıb:
“İki ölkədən şirkətlər qarşılıqlı olaraq iqtisadiyyatların inkişaf etdirilməsini təmin edə bilər. Güclərimizi birləşdirsək çox böyük uğurlar əldə edə bilərik”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır