Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Həbs olunan livanlı vəhhabi lider Səudiyyədən maaş aldığını etiraf etdi
Livan kəşfiyyatı ilə “Hizbullah” müqavimət hərəkatının birgə keçirdiyi xüsusi əməliyyat zamanı vəhhabi terrorçu şeyx Əhməd əl-Əsir Beyrut Beynəlxalq Hava Limanında həbs edilib
O etiraf edib ki, Ərəbistan tərəfindən Livanda “Hizbullah” əleyhinə müxalif hərəkatın yaranması üçün dəstəklənib. Eyni zaman da o, Livanın sünnü qruplarını, xüsusən ölkənin “əl-Mustəqbəl” hərəkatının rəhbəri Səəd Həririni həvəsləndirərək bölgədə gedən oyunlarda “Hizbullah”-la qarşı qarşıya qoymağını da inkar etməyib. Rəhbərlik sevdası ilə alışıb yanan vəhbabi lider deyib: “Mən ölkədə olan sünnülərin haqqını qorumaq üçün mübarizəmə davam edəcəyəm. Mən fələstinli və livanlı məsulların qurbanı oldum.
Dərhal azad edilməzsəm tərəfdarlarımdan kütləvi etirazlara əl atmalarını istəyəcəyəm. Mən sərkərdəyəm və heçkəs məni həbs edə bilməz.” O həmçinin Ərəbistan tərəfindən ayda 1.5 milyon lira aldığını da gizlətməyib. Qeyd edək ki, Əhməd əl-Əsir 2013-cü ildə Livan ordusuna qarşı Ədra rayonunun Sidon şəhərində silahlı hücum təşkil etdikdən sonra həbsi üçün Livan höküməti tərəfindən qərar çıxarılıb. Əhməd əl-Əsir Əbra məscidində vəhhabi ideologiyasını yaymaqla və terrorçu çıxışları ilə tanınıb.
Livan ordusunun Əbra regionunda keçirdiyi əməliyyat zamanı Əhməd əl-Əsirin terrorçuluğu təbliğ etdiyi məsciddə və evində iri çaplı və digər silah-sursat aşkar edilib. Terrorçu vəhhabi şeyxinin Livan ərazisindən Suriyaya qaçaraq orada fəaliyyət göstərən “Nusra Cəbhəsi” və digər terorrçuların yanında sığınacaq tapdığı barədə məlumatlar verilirdi. Əhməd əl-Əsir Livan ordusunun əsir götürülən əsgərlərinin edam edilməsi və qaçırılmasında fəal iştirak edib. O, Livanda vəhhabiliyin və məzhəblərarası qarşıdurmanın qıcıqlandırılmasında aktiv fəaliyyətdə olub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır