Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya ordusu terrorçuları təmizləməkdə davam edir Suriyanın Hasəkə şəhərində vəziyyət yaxşılaşmağa doğru gedir. Suriya ordusu hazırda şəhərdə nəzarəti əlinə ala bilib.
Ordu şəhərdə vəziyyəti nəzarətə alsa da maşınlara quraşdırılan bombalar narahatlıq doğurur.
Suriya ordusu terrorçuların bu planlarına qarşı ehtiyatla hərəkət edir. Döyüşçülər şəhərə 3 istiqamətdə hücum etməyi planlaşdırırlar. Mənbənin sözlərinə görə, İŞİD terror təşkilatı 30 üzvünü döyüş meydanından qaçdığına görə edam edib. Dünən gedən döyüşlərdə terrorçular 10 km mərkəzdən geri çəkilməyə məcbur edilib. Ardıcıl olaraq bir neçə kənd işğalçılardan təmizlənib. Bunlardan sonuncusu, hələ ki, Davudiyə kəndidir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır