25 may 2015 - 16:23
İraq ordusu Bağdada  İŞİD-ə hücum etdi: 72 ölü

İraq təhlükəsizlik qüvvələri Bağdadın qərbində (İŞİD) terror təşkilatı döyüşçülərinin nəzarətində olan bölgəyə hücum edib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq təhlükəsizlik qüvvələri Bağdadın qərbində (İŞİD) terror təşkilatı döyüşçülərinin nəzarətində olan bölgəyə hücum edib.
Döyüşlərdə 37 terrorçu öldürülüb. Məsələ ilə bağlı açıqlama verən Iraq Müdafi Nazirliyi 25 zirehli texnikanın da məhv edildiyini açıqlayıb.
Bundan başqa yayılan məlumatlara görə, İraq qırıcıları Ramadinin qərbindəki Əl-Bağdadi şəhərinə zərbələr endirib. Hücumlarda 35 terrorçu öldürülüb, İŞİD-ə məxsus 5 avtomobil isə yarasız hala salınıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır