ƏhliBeyt (əleyhimussəlam) -ABNA- XəbərAgentliyininverdiyixəbərəəsasən, İran İslam Respublikasının müdafiə naziri və İraq Parlamentinin sədri İraq olayları və İŞİD terrorçuları ilə mübarizə haqda danışıblar.
İranın müdafiə naziri general-mayor Hüseyn Dehqan İraq Parlamentinin sədri Səlim əl-Cəburi ilə görüşdə İŞİD ilə mübarizədə İranın İraqı himayə etdiyini vurğulayıb.
Səlim əl-Cəburi də bu görüşdə İŞİD və digər terrorçu qruplaşmalara qarşı savaşda İranın İraqı himayə etməsini yüksək qiymətləndirib və iki ölkə əlaqələrinin bütün sahələrdə inkişaf etdirilməsini istəyib.
İranın müdafiə naziri bazar ertəsi günü Bağdada səfər edib və iraqlı həmkarı ilə 2 dəfə görüşüb, danışıqlar aparıb.
General Hüseyn Dehqan həmçinin, İraqın baş naziri ilə də görüşüb.
Diqqət: Xəbərdənistifadəetdikdəmənbəyəistinadlazımdır