18 may 2015 - 11:36
İnqilab Rəhbəri: Amerika İslamdan nişanəsi olan hər bir şeyə qarşıdır

Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar ki, amerikalılar İslamdan nişanəsi olan hər bir şeyə qarşıdırlar və onlar üçün şiə və sünninin fərqi yoxdur və onlar üçün məzhəb və qövmçülük kimi məsələlər ixtilaf salmaqdan ötrü bir bəhanədir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar ki, amerikalılar İslamdan nişanəsi olan hər bir şeyə qarşıdırlar və onlar üçün şiə və sünninin fərqi yoxdur və onlar üçün məzhəb və qövmçülük kimi məsələlər ixtilaf salmaqdan ötrü bir bəhanədir.
Səhər kanalının məlumatına görə, İslam İnqilabının Böyük Rəhbərinin mayın 4-də kürd müsəlman peşmərgələrin şəhidlərinin anım konqresinin təşkilat komitəsinin üzvləri ilə görüşdə verdikləri bəyanat bu gün səhər Sənəndəc şəhərində keçirilən bu konqresdə yayılıb.
Həzrət Ayətullahuluzma Xamenei bu bəyanatda İngiltərənin şiə və sünni arasında məzhəbi ixtilaf salmaq və ondan bəhrələnmək üzrə böyük təcrübəsinə toxunaraq, cari bir hadisəyə, yəni Amerika konqresinin İraqın sünni əhlini himayə çətiri altındakı layihəsinə toxunaraq, bu sualı veriblər: Görəsən, onların doğrudan da sünni əhlinə rəğbətləri var?
Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: Onlar İslamdan nişanəsi olan hər bir şeyə qarşıdırlar və onlar üçün şiə və sünninin fərqi yoxdur və onlar üçün məzhəb və qövmçülük kimi məsələlər ixtilaf salmaqdan ötrü bir bəhanədir.
Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: Düşmən dinc oturmayacaq və eləyə bildiyi qədər ixtiyarında olan çoxlu sayda təhlükəsizlik, təbliğat və maliyyə vasitələrindən istifadə edərək, düşmənçilik edəcək.
O həzrət əlavə ediblər: Sünni əhlinə tərəfdarlıq keçmişinə malik olaraq, şiəyə qarşı düşmənçilik və hücumu əsas götürən kəsin də əslində İslama və sünni əhlinə rəğbəti yoxdur. Şiədə də sünni əhlinə qarşı təəssüb odunu qızışdıran kəs də heç bir dini stimula malik deyil.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır