17 may 2025 - 06:30
“İslamın izzət və şövkətini bərpa etməyin yeganə yolu vəhdət və qardaşlıqdan keçir.”

Əl-Mustafa Universitetinin rektoru dedi: “Bu gün müsəlmanlar arasında mühüm ortaq məsələlərə baxmayaraq, aramızdakı kiçik ixtilaflar üzərində dayanmamalı və diqqəti əsas düşmənlərimizdən yayındırmamalıyıq. Ümid edirik ki, İslam alimləri bu məsələdə öz tarixi missiya və vəzifəsini yerinə yetirə bilərlər.”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Mustafa (s) Universitetinin rektoru Banqladeşin sünni alimləri ilə görüşüb. Görüşdə Hüccətül-İslam Vəl-Müslimin Abbasi Banqladeşin sünni alimlərini salamlayaraq qeyd edib: “İslam İnqilabı İslam məzhəblərinin ardıcılları arasında vəhdət yaratmaq ardıncadır, çünki inanır ki, müsəlmanlar öz izzət və şövkətlərini bərpa etmək istəyirlərsə, bir yerdə olmalı, vəhdət və qardaşlıq içində yaşamalıdırlar.”

Bu strategiyanın əlamətlərindən biri də İran İslam Respublikası tərəfindən müsəlmanlar arasında yaxınlıq və qardaşlığın möhkəmləndirilməsinə kömək etmək üçün yaradılmış İslam Məzhəblərinin Yaxınlaşdırması üzrə Ümumdünya Forumunun yaradılmasıdır.

O, İran İslam Respublikasının keçirdiyi illik İslam Birliyi Konfransına toxunaraq xatırladıb: “Bu beynəlxalq konfrans müxtəlif İslam məzhəblərinin bütün nüfuzlu simalarının iştirakı ilə İslam dünyasının problemlərini birlikdə düşünüb müəyyən mövqe sərgiləyir.”

Əl-Mustafa (s) Universitetinin prezidenti bu beynəlxalq elmi müəssisənin təqdimatını davam etdirərək deyib: “Beynəlxalq İslam universiteti olaraq tələbələrimizin 97 faizindən çoxu 135 millətdən olan qeyri-iranlılardır. Əl-Mustafa (s) Universiteti bu təxmini strategiyaya əsaslanaraq, müxtəlif İslam məzhəblərinin ardıcıllarına onların məzhəblərinin təlimlərinə və müasir perspektivə əsaslanaraq dini elmləri öyrənmək üçün öz qapılarını açıb.”

Cənab Abbasi, İslam Respublikasının zalımlara qarşı məzlum Fələstin xalqına və digər müsəlman xalqlarına hərtərəfli dəstəyini vurğulayaraq deyib: “Fələstin əhalisinin əksəriyyətinin sünni olduğu halda, demək olar ki, İran İslam Respublikası İslam ölkələri arasında Fələstin xalqının hüquqlarını dəstəkləməkdə öndə gedən yeganə hökumətdir. İslam İnqilabı hesab edir ki, müsəlmanların izzəti və şövkəti İslam məzhəblərinin və müsəlman xalqlarının birliyi və əməkdaşlığından asılıdır və bu, birlikdə İslamın izzətini dirçəltməyə qadirdir.”

Ekspertlər Məclisinin üzvü bu yolda çəkilən əzab və əziyyətlərə etiraf edərək bildirib: “Təbii ki, İslam höküməti bu missiyanı həyata keçirmək üçün siyasi təzyiqlər, sanksiyalar və digər məsələlər də daxil olmaqla bir çox xərclərə tab gətirdi və əgər İslam Respublikası bu gün Fələstin xalqına dəstəyi dayandırsaydı, bu təzyiqlərin çoxu davam etməyəcəkdi. Amma təəssüflər olsun ki, bir çox İslam hökumətləri saxta sionist rejimlə siyasi və iqtisadi əlaqələrə malikdirlər və hətta bir gün bu əlaqələri kəsməyə və bu saxta rejimin can damarını təmin etməyi dayandırmağa belə razı deyillər. Digər tərəfdən, həmin hökumətlər öz dini mərkəzlərində İslam aləmində daim təfriqə və ayrı-seçkilik salırlar.”

O, imperialist və təkəbbürlü rejim mediasının müsəlmanlar arasında təfriqə, bədbinlik və dedi-qodu yaratmaq üçün gecə-gündüz səy göstərdiyini vurğulayaraq deyib:

“Bu geniş yayılmış təbliğat təbii olaraq müsəlman xalqlar arasında yanlış və bədbin imic yaradıb, lakin müsəlman alimlərindən olan gözlənti, onların şəxsən bu sahəyə daxil olaraq öz millətlərini məlumatlandırmalarıdr. Təəssüf ki, bəziləri bəzi əsassız tarixi yalanlara inanıb onu yayırlar, sanki bu fikirlər onların beyninə kök salıb və heç bir halda həqiqətə göz açmağa həvəs göstərmirlər.”

Rais əl-Mustafa (s) Qurani-Kərimin müxtəlif İlahi dinlərin ardıcıllarını dini ortaqlıqlar ətrafında əməkdaşlığa və birliyə çağırışına toxunaraq deyib:

“Qurani-Kərimin bu əmrinə baxmayaraq, bir Allaha, bir peyğəmbərə, bir kitaba, bir qibləyə inanan İslam məzhəbləri bəzi məsələlərdəki fikir ayrılığı səbəbindən ixtilaf və təfriqəyə əl atmamalıdırlar. Qurani-Kərim bir-birimizlə mübahisə etməməyi tövsiyə edir, çünki belə olduqda müsəlmanların izzət, şrəf və qüdrəti məhv olar. Bu gün biz elə bir vəziyyətlə qarşılaşırıq ki, İslam birliyinin itirilməsi səbəbindən bir neçə milyon sionistin iki milyarda yaxın müsəlman üzərində hökmranlığı üçün zəmin hazırlanıb.”

Hüccətül-əsləm vəl-müslimin Abbasi sözünə davam etdi: “Yəməndəki cəsur və şücaətli döyüşçülər qrupu qəhrəmancasına hərəkətləri ilə cinayətkar rejimin dəniz yolunu kəsdiyi halda, bölgədəki bəzi üzdəniraq müsəlman hökumətlərin işğalçı rejim üçün alternativ yollar açması təəssüf doğurur. Müsəlmanların şərəf və iftixar yolu vəhdət və qardaşlıqdır və siz alimlər bu sahədə qabaqcılsınız.”

Sonda Əl-Mustafa (s) Universitetinin rektoru alimləri təfriqə atəşinə qarşı ümmətlərini maarifləndirmək missiyası daşıyan peyğəmbərlərin varisləri adlandırıb və deyib:

“Bu gün müsəlmanlar arasında mühüm ortaq məsələlərə baxmayaraq, öz aramızda kiçik ixtilaflar üzərində dayanmamalı və əsas düşmənlərimizə laqeyd qalmamalıyıq. Ümid edirik ki, İslam alimləri bu məsələdə öz tarixi missiya və vəzifəsini yerinə yetirə bilərlər.”

Sizin rəyiniz

You are replying to: .
captcha