14 may 2025 - 10:48
Fransada islamafobiyaya qarşı yürüşdə Fələstinə azadlıq da tələb olunur \ VİDEO

Fransada islamafobiya və anti-islam aksiyalarına qarşı yürüş keçirilib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Parisdə islamafobiya və anti-islam hərəkətlərinə qarşı keçirilən yürüşün iştirakçıları da sionist rejimin cinayətlərinə qarşı şüarlar səsləndirərək, Fələstinin azad edilməsi və Qəzzada soyqırımın dayandırılmasını istəyiblər.

Yürüşdə müxtəlif qruplar və partiyalar müsəlmanlara qarşı irqçi hücumları pisləyiblər.

Onlar həmçinin stadionlarda hicab qadağasını pisləyiblər.

Yürüş Fransanın şimalında bir gənc müsəlmanın terror aktı nəticəsində öldürülməsindən sonra keçirilib, lakin Fransa hökuməti hücumu irqçinin terror hücumu kimi təsnif etməkdən imtina edib. Parisdə yürüş edənlər arasında Fransa parlamentinin bir sıra üzvləri də olub.

Sizin rəyiniz

You are replying to: .
captcha