21 aprel 2025 - 23:26
Papa Fransisk vəfat etdi \ Ayətullah Sistani: Papa Fransisk bir çox xalqlar arasında yüksək mənəvi mövqeyə malik idi

Ayətullah Sistani ​​dünya katolik liderinin vəfatı ilə bağlı başsağlığı verib və əlavə edib: “Papa Fransisk sülh və tolerantlığın təbliğində, bütün dünyada məzlumlarla həmrəylik ifadə etməkdə müstəsna roluna görə bir çox xalqlar arasında yüksək mənəvi statusa malik olub və hamı tərəfindən hörmət edilib”.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ali Təqlid Mərcələrindən olan Ayətullah Uzma Seyid Əli Sistaninin dəftərxanası verdiyi bəyanatda Papa Fransiskin vəfatı ilə bağlı dərin təəssüf hissi keçirərək, bütün dünyadakı Katolik Kilsəsinin ardıcıllarına başsağlığı verib.

Bəyanatda deyilir:

“Papa Fransisk bir çox xalqlar arasında yüksək mənəvi statusa malik idi, sülhün və tolerantlığın təşviqində, dünyada zülmə məruz qalanlar və məzlumlarla həmrəylik ifadəsindəki görkəmli roluna görə hamı tərəfindən hörmətlə qarşılanırdı.”

Bəyanatda həmçinin deyilir:

“Papa Fransisk və Ayətullah Sistani arasında Nəcəf Əşrəfdə keçirilən tarixi görüş hər iki tərəf üçün imanın əsas rolunu vurğulamaq məqsədilə əlamətdar hadisə oldu.

Həzrət Ayətullah Uzma Sistani həmçinin dinc yanaşı yaşama mədəniyyətini gücləndirmək, zorakılıq və nifrətdən çəkinmək, müxtəlif dinlərin və intellektual meyllərin ardıcılları arasında hüquqlara hörmət və qarşılıqlı hörmət əsasında insanlar arasında harmoniya dəyərlərinin bərqərar olması üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb.”

Qeyd edək ki, bu gün 21, 04, 2025 tarixində Vatikan Roma Papası Fransiskin 88 yaşında vəfat etdiyini rəsmən elan edib.

Sizin rəyiniz

You are replying to: .
captcha