Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ötən gün, 15.04.2025-ci il tarixdə, günorta saatlarında (çərşənbə günü), Novruzun –(Yeni İlin) başlanması münasibətilə İran İslam Respublikasının üç əsas strukturu Prezident Aparatı, İslam Şurası Məclisi-parlament və Ali Məhkəməsinin yüksək vəzifəli rəsmilərinin Ümüdünya Müsəlmanlarının Ali Rəhbəri ilə görüşüblər.
İslam İnqilabının Ali Rəhbəri bu görüşdə qeyd ediblər ki, davamlı nəzarət ölkənin məqsədlərinin gerçəkləşdirilməsi yolunda itirilmiş halqadır. İlin şüarının gerçəkləşdirilməsi üçün çalışmaq üç qüvvənin ortaq gündəliyi olmalıdır.
İmam Xamenei həzrətləri, habelə Oman danışıqlarının nəticələrinə ifrat nikbinlik və ya ifrat bədbinlik göstərməkdən çəkinməyi də tövsiyə edərək, bu danışıqlara görə ölkəni asılı vəziyyətdə qoymamağı vurğuladı: “Oman danışıqları Xarici İşlər Nazirliyinin onlarla fəaliyyətindən sadəcə biridir. Ölkənin bütün sahələr üzrə qarşıya qoyulmuş məqsədlərin gerçəkləşdirilməsi istiqamətindəki fəaliyyətlərinin tempi daha yüksək sürətlə davam etdiriməlidir və heç bir işin taleyini bu danışıqlardan asılı etməyin”.
İslam İnqilabının Ali Rəhbəri qarşı tərəfə, yəni Amerikaya çox bədbin olduğunu vurğulayaraq bildiriblər: "Oman danışıqları qərara alınmış bir işdir və ilkin mərhələlərdə də yaxşı şəkildə icra olunub. Əlbəttə, qarşı tərəfə xeyli bədbinik, amma öz imkan və bacarıqlarımıza qarşı nikbin".
Həzrəti Ayətullah Xamenei danışıqlardakı qırmızı xətlərin bəlli olduğunu bildirdi və qeyd edərək buyurdular: "Oman danışıqlarının ilk mərhələsindəki hərəkət yaxşı olub. Bundan sonra da bu proses diqqətlə izlənilməlidir. Qırmızı xətlər həm qarşı tərəf üçün, həm də bizim üçün bəllidir".
Zati Aliləri, Həzrəti İmam Xamenei sanksiyaları zərərsizləşdirməyin yolundan danışıaraq vurğulayıblar: "Sanksiyaları zərərsizləşdirməyin ən yaxşı yollarından biri daxili sərmayə yatırımlarına olan maneələri aradan qaldırmaqdır".
Ümüdünya Müsəlmanlarının Ali Rəhbəri sanksiyaları zərərsizləşdirməyin mümkün olduğunu qeyd eedərək bildiriblər: "Sanksiyaları zərərsizləşdirmək mümkündür. Hətta əgər daxili potensiallardan yaxşı istifadə olunsa, ölkəni sanksiyalar qarşısında tam zərərsiz və davamlı hala gətirmək olar. Yəni sanksiya tətbiq olunsa belə, ölkə özünü vəziyyətdən çıxara bilsin".
İslam İnqilabının Ali Rəhbəri görüşdə davamlı icra nəzarətinin qərar qəbul etməkdən daha vacib olduğunu vurğulayaraq əlavə ediblər: “Ölkədə yaxşı qanunlar, qaydalar və lazımi layihələr mövcuddur, amma nəzarət yetərsizliyi məqsədlərin qənaətbəxş şəkildə gerçəkləşməsinə mane olur”.
Vəliyyi Fəqih, yüksək benzin sərfiyyatı, təhsil ədalətinin yetərli şəkildə həyata keçməməsi və zəif təbəqələrin problemləri kimi məsələlərin davamlı icra nəzarəti vasitəsilə həll oluna biləcəyini dedi: “Üç qüvvənin başçıları və qurumların məsul şəxslərinin istəyi, həvəsi və motivasiyası yaxşı olsa da, yetərli deyil. Lazımi nəzarətlərin olmaması səbəbindən rəhbərlərin qərarları və israrları idarəetmə mərhələlərində zəifləyir və ayrı-ayrı hallarda həyata keçmir”.
İmam Xamenei Həzrətləri iqtisadi nəhənglərlə münasibəti asanlaşdırmağı tövsiyə etdi və buyurdu: "Ticarət əlaqələri qonşu ölkələrə üstünlük verilməklə genişləndirilməlidir. Çin, Rusiya və Hindistan kimi Asiyada iqtisadi nəhəng sayılan ölkələrlə iqtisadi münasibətləri asanlaşdırın".
Ümüdünya Müsəlmanlarının Ali Lideri faşist sionist rejiminin Qəzzaədə törətdikləri vəhşiliklərə toxunaraq belə buyurdu: "Həqiqətən, Fələstin üzərində hökmranlıq edən bu sionist cinayətkar dəstə cinayətkarlıqda həddi aşıb".
Həzrəti Ayətullah Xamenei tarixdə belə bir vəşilikin görülmədiyini vurğulayaraq bildiriblər: "Mən bu cür hərəkəti, yəni məqsədli şəkildə və xüsusi hədəflə məzlumlara, uşaqlara, xəstələrə, jurnalistlərə, xəstəxanalara, təcili yardım maşınlarına hücum edilməsini heç yerdə görməmişəm".
Ümüdünya Müsəlmanlarının Ali Lideri İslam Dünyasının sionist rejim müqabilində Fələstin Xalqına hər tərəfli yardım göstərməsini vurğulayaraq bildiriblər: "İslam Dünyası, sionist rejimin cinayətləri qarşısında həm iqtisadi, həm siyasi və zəruri olduqda əməli baxımdan da birgə və həmahəng şəkildə hərəkət etməlidir".
İmam Zaman Həzrətlərinin Haqq Naibi Olan həzrəti Ayətullah Xamenei "Sionistlər Allahın qamçısının intizarında olsunlar", – deyərək vurğulayıblar: "Sionistlərin zülmü Allahın şiddətli cavabına məruz qalacaq, bunda heç bir şübhə yoxdur. Lakin bu, camaatın, bizim və hökumətlərin üzərinə düşən vəzifələri azaltmır".
Sizin rəyiniz