Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: “Reuters” xəbər agentliyi ABŞ prezidentinə istinadən İranla bağlı tez bir zamanda qərar verəcəyini bildirib.
Donald Tramp “Air Force One” telekanalında jurnalistlərə deyib ki, İranla bağlı müşavirləri ilə görüşüb və qərarın tezliklə qəbul ediləcəyini gözləyir. O, bu məsələ ilə bağlı ətraflı məlumat verməyib.
Tramp deyib: “İranla bağlı çox tez qərar verəcəyik”.
Qeyd edək ki, şənbə günü (13 aprel) Omanda keçirilən danışıqlar İran və Tramp administrasiyası arasında ilk danışıqlar olub və rəsmilərin fikrincə, “konstruktiv, sakit və müsbət atmosferdə” keçib.
15 aprel tarixində isə Tramp jurnalistlərə deyib ki, İran və ABŞ arasında danışıqlar yaxşı gedir.
O əlavə edib: “Nə qədər ki, danışıqlar yekunlaşmayıb, başqa heç nəyin əhəmiyyəti yoxdur. Ona görə də bu barədə danışmaq istəmirəm, amma yaxşı gedir. Düşünürəm ki, İranda vəziyyət yaxşı gedir.”
Sizin rəyiniz