Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA:
1. Keçmiş qövmlərin müxtəlif bəlalarla əzab edilməsi
Nuh (əleyhis-salam) qövmü, Ad, Səmud, Lut və Firon kimi keçmiş ümmətlərin hər biri öz peyğəmbərini inkar etdikləri və itaətsizlikləri üzündən xüsusi bir şəkildə şiddətli əzaba düçar olmuşlar. (əl-Həqaha/4-12)
2. Həzrət Nuh peyğəmbərin (əleyhis-salam) şikayəti və qövmünün məhvi
Hz. Nuh peyğəmbərin (əleyhis-salam) qövmünü tövhid dəvət etdikdən və qövmünün ona itaətsizliyindən sonra; Həzrət Nuh (əleyhis-salam) onlardan şikayət etdi, Allah da onları suya qərq etdi. (Nuh/1-28)
3. Fironun Allahlıq iddiası və onun məhvi
Allah Sübhaıhu Təala Hz. Musa peyğəmbərə (əleyhis-salam) Fironu doğru yola yönəltməyi əmr etdi, lakin Firon onu inkar etdi və özünü Allah adlandırdı və cəzalandırıldı. (Nəzət/15-19)
4. Uxdud səhabələri
Möminlər imanlarında sabitqədəm olduqları üçün zalımlar tərəfindən odlu bir çuxura atıldılar, kafirlər isə seyr edirdilər. (Büroyc/4-10)
5. Səmud qövmünün tuğyan etməsi
Üsyankar Səmud qövmü Allah Rəsulunu (əleyhis-salam) inkar etməklə və Hz. Saleh peyəmbərin möcüzəsi olan dişi dəvəni öldürməklə İlahi əzaba düçar oldular. (Şəms/11-15)
6. Əshabi-Filin məhvi
Əbrəhənin ordusu öz filləri ilə Məkkəyə hücum etdi, lakin gil tipli daşlarla Əbabil (qaranquş) quşları tərəfindən məhv edildi. (Məktub/1-5)
Sizin rəyiniz