23 fevral 2025 - 11:20
Hizbullahın iki şəhid liderlərinin dəfn mərasimində İranın yüksək səviyyəli nümayəndə heyətinin iştirak edir

Qalibaf Beyrut hava limanındakı VIP salonundan dedi: “İki şəhidin dəfn mərasimində iştirak etmək üçün İslam Şurası, İnqilab Rəhbərinin Aparatı, məhkəmə sistemi, bir qrup İran dövlət qurumu və şəhid ailələrindən ibarət nümayəndə heyətinin başında gəldim”.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının yüksək səviyyəli nümayəndə heyəti, o cümlədən Vəliyyi Fəqihin Ofisi, İranın 40 mühüm parlament xadimi, İran prezidentinin müşaviri, şəhid ailələri, İranın müxtəlif qurumlarının rəsmiləri və digər rəsmi şəxslərdən ibarət böyük nümayəndə heyəti Hizbullah Müqavimət Təşkilatının iki şəhid Liderləri, ümmət şəhidlərinin ağası Seyid Həsən Nəsrullah və onun saleh xələfi Seyid Haşim Səfuddinin dəfn mərasimində iştirak etmək məqsədi ilə Beyruta daxil olublar.

İİR İslami Şurasının - Prlamentinin Spikeri Qalibaf Beyrut hava limanındakı VIP salonundan çıxış edərək deyib:

“Bu iki şəhidin dəfn mərasimində iştirak etmək üçün İslam Şurası, İnqilab Rəhbərinin Aparatı, məhkəmə sistemi, bir qrup İran dövlət qurumu və şəhid ailələrindən ibarət nümayəndə heyətinin başında gəldim.

Mən dörd ay əvvəl bu hava limanına daxil oldum və sionist rejim ünsürlərinin cinayətləri nəticəsində tüstü sütunlarının yüksəldiyini gördüm.

Həmas və Hizbullah keçmişdən daha güclüdür və Allahın izni ilə gələcəkdə daha çox irəliləyiş və tərəqqilərin şahidi olacağıq".

 

 

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!