12 fevral 2025 - 06:00
Turki bin Feysəl Donald Trampa məktub ünvanladı: Fələstini tanıyın! \ Məktubun tam mətni

Səudiyyənin keçmiş kəşfiyyat rəhbəri ABŞ prezidentinə yazıb: “149 ölkə Fələstin Dövlətini tanıyır. Zəhmət olmasa ölkənizi 150-ci ölkə edin. Bu nəcib məsələ ədalətli və insaflı şəkildə həll edilmədən Qərbi Asiyada heç bir sülh əldə olunmayacaq.”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Donald Trampın Qəzza zolağının sakinlərinin köçürülməsi ilə bağlı cəfəngiyyat açıqlamalarından sonra Səudiyyənin keçmiş kəşfiyyat rəhbəri Turki bin Faysal Al Saud Trampa məktub yazıb və böhranın tarixini və köklərini nəzərdən keçirib.

Şahzadə Turki Əl-Feysəlin prezident Trampa məktubunun tam mətni belədir:

“Fələstin xalqı qeyri-qanuni mühacir deyil ki, başqa torpaqlara deportasiya olunsun. Bu torpaqlar onların torpaqlarıdır, İsrailin dağıtdığı evlər isə onların evləridir və qəzzələlilər İsrailin onlara əvvəlki hücumlarından sonra etdikləri kimi, evlərini yenidən tikəcəklər.

Qəzza əhalisinin əksəriyyəti 1948-ci və 1967-ci il müharibələri zamanı, İsrailin əvvəlki soyqırım hücumu zamanı indiki İsrail və İordan çayının qərb sahilindəki evlərindən qovulmuş qaçqınlardır. Əgər onlar Qəzzadan köçürüləcəklərsə, onlara öz evlərinə, Hayfa, Yaffa və qaçdıqları və ya israillilər tərəfindən zorla qovulduqları digər şəhər və kəndlərdəki portağal və zeytun bağlarına qayıtmasına icazə verilməlidir.

Cənab Prezident, İkinci Dünya Müharibəsindən sonra Avropadan və başqa yerlərdən Fələstinə gələn on minlərlə immiqrantın çoxu Fələstinlilərin evlərini və torpaqlarını oğurlayıb, sakinləri terror edib və etnik təmizləmə kampaniyasına qoşulublar. Təəssüflər olsun ki, müharibənin qalibi olan ABŞ və İngiltərə fələstinlilərin öz evlərindən və torpaqlarından ölümcül surətdə çıxarılmasına belə şərait yaratdılar.

ABŞ və İngiltərə Adolf Hitlerin Holokost qurbanlarını qəbul etmək istəmədiyi üçün onları Fələstinə göndərməyə razılaşdılar. Müəllif Diana Preston “Yaltada səkkiz gün” kitabında ABŞ-ın o zamankı prezidenti Franklin Ruzveltlə rusiyalı həmkarı İosif Stalin arasındakı söhbətə istinad edir. Preston yazır: "Söhbət yəhudi torpaqları mövzusuna getdi. Ruzvelt özünün sionist olduğunu dedi... Stalin Ruzveltdən [Səudiyyə kralı] İbn Səuda hansı hədiyyəni nəzərdə tutduğunu soruşduqda, o, cavab verdi ki, yeganə güzəşti ona altı milyon yəhudi vermək ola bilər..."

Xoşbəxtlikdən cənab Ruzvelt İbn Səudla görüşəndə ​​kral onu bu təklifdən çəkindirdi və Holokostun təzminatı olaraq Almaniyanın ən yaxşı torpaqlarının yəhudilərə verilməsini təklif etdi. Təəssüf ki, Ruzveltin varisi Harri Truman yəhudilərin Fələstinə immiqrasiyasını ürəkdən dəstəklədi və nəticədə İsrailin formalaşmasında böyük rol oynadı.

Bu gün şahidi olduğumuz zorakılıq və qan tökülməsi həmin hərəkətin və İngiltərənin 1917-ci ildən o vaxta qədər sionist ambisiyaları ilə əvvəlki şərikliyinin nəticəsidir.

Cənab Prezident, Fələstinə sülh gətirmək barədə bəyan etdiyiniz niyyətiniz dünyanın bu hissəsində çox yüksək qiymətləndirilir. Mən hörmətlə təklif edirəm ki, bunun yolu Fələstinlilərə BMT Baş Assambleyasının 181 və 194 saylı qətnamələrində, Təhlükəsizlik Şurasının 242 və 338 saylı qətnamələrində və Ərəb Sülh Təşəbbüsündə nəzərdə tutulduğu kimi fələstinlilərə öz müqəddəratını təyin etmək üçün ayrılmaz hüquq və paytaxtı Şərqi Qüdsdə olan bir dövlət verməkdir.

Bütün ərəb və islam ölkələri, eləcə də Fələstin Muxtariyyəti hərbi əməliyyatları dayandırmaq və İsraillə əlaqələr qurmaq üçün Ərəb Sülh Təşəbbüsünün şərtlərini qəbul edir. 149 ölkə Fələstin Dövlətini tanıyır. Zəhmət olmasa ölkənizi 150-ci ölkə edin. Bu nəcib məsələ ədalətli və insaflı şəkildə həll edilmədən Yaxın Şərqdə heç bir sülh əldə olunmayacaq.”

P.S: Qeyd edək ki, Türki Feysəlin yazdığı məktubunun son paraqırafının ilk ifadəsi tam yalnış və anti-Fələstin bir ifadədir. Qəzzəlilər və İran İslam Respublikası ərəb və digər müsəlman ölkələrindən tam fərqli olaraq İsrail adlı işğalçı rejimin tamamilə aradan getməsinin və böyük Fələstin torpaqlarında yalnız Fələstin Dövlətinin yaradılmasının tərəfdarıdırlar. Gəlmə yəhudilər isə Fələstinlilərin evlərini onlara qaytararaq gəldikləri ölkələrinə qayıtmalıdırlar.

 

 

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!