11 dekabr 2024 - 04:00
SOS!!! İranda doğum nisbətində görünməmiş azalma

İİR Səhiyyə Naziri: “Əhali statistikasına görə, bu gün İran tarixində ilk dəfə olaraq, doğulanların sayı ildə bir milyondan azdır; Bu, ciddi xəbərdarlıq və həyəcan siqnalıdır...”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Səhiyyə naziri İranda doğum sayının görünməmiş şəkildə azaldığını açıqlayıb və bu vəziyyətin ciddi təhlükə olaraq ölkənin iqtisadi, siyasi və sosial gələcəyinə təsir edəcəyi barədə xəbərdarlıq edib.

İİR Səhiyyə Naziri Muhəmməd Rza Zəfərqəndi deyib: “Əhali statistikasına görə, bu gün İran tarixində ilk dəfə olaraq, doğulanların sayı ildə bir milyondan azdır; Bu, ciddi xəbərdarlıq və həyəcan siqnalıdır. Odur ki, İranın gələcəyi, xalqı və ölkənin milli kimliyindən narahat olan hər kəs bu meydançaya daxil olmalı, iqtisadi və siyasi ölçülər də daxil olmaqla müxtəlif sahələrdə təsirli tədbirlər görməlidir.”

O əlavə edib: “Bu gün inanc, münasibət, mədəniyyət səviyyəsində yaranmış durğunluq ciddi və ağıllı səylərlə aradan qaldırılmalı və bu problemi həll etmək üçün bir dəyişiklik və hərəkətlilik dalğası yaratmalıyıq.”

 

 

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!