Əhli-Beyt
(əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ümumdünya Əhli-Beyt (ə) Assambleyası bəyanat
yayaraq, HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri Yəhya Sinvarın Qəzza
zolağının cənubunda sionist rejimlə üz-üzə qarşıdurmada qəhrəmancasına şəhadətə
yetməsi ilə bağlı başsağlığı verib.
Assambleya öz bəyanatında vurğulayıb ki, şəhid Yəhya Sinvar mücahid qardaşları ilə birlikdə Allah yolunda cihadın ən gözəl nümunələrini göstərən, təcavüzə, işğala və cinayətə qarşı ayağa qalxaraq qəhrəmancasına döyüşdən sonra İslamın ilk günlərindən başlayan və sonda bütün sahələrdə düşmən ilə üz-üzə duraraq cihad edən İslam müqaviməti şəhidlərinə, xüsusi ilə də misilsiz ərəb lideri Əllamə Mücahid Seyid Həsən Nəsrullah dayanan Şəhidlər karvanına qatıldı.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!