19 oktyabr 2024 - 04:10
Şəhid Yəhya Sinvarın şəhadəti ilə bağlı Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının bəyanatı

Ümumdünya Əhli-Beyt (ə) Assambleyası vurğulayıb ki, şəhid Yəhya Sinvər Allah yolunda cihadın ən gözəl nümunələrini göstərən, təcavüzə, işğala və cinayətə qarşı mübarizə aparan qəhrəmancasına döyüşdən sonra mücahid qardaşları ilə birlikdə şəhidlər karvanına qatılıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA:  Ümumdünya Əhli-Beyt (ə) Assambleyası bəyanat yayaraq, HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri Yəhya Sinvarın Qəzza zolağının cənubunda sionist rejimlə üz-üzə qarşıdurmada qəhrəmancasına şəhadətə yetməsi ilə bağlı başsağlığı verib.

Assambleya öz bəyanatında vurğulayıb ki, şəhid Yəhya Sinvar mücahid qardaşları ilə birlikdə Allah yolunda cihadın ən gözəl nümunələrini göstərən, təcavüzə, işğala və cinayətə qarşı ayağa qalxaraq qəhrəmancasına döyüşdən sonra İslamın ilk günlərindən başlayan və sonda bütün sahələrdə düşmən ilə üz-üzə duraraq cihad edən İslam müqaviməti şəhidlərinə, xüsusi ilə də misilsiz ərəb lideri Əllamə Mücahid Seyid Həsən Nəsrullah dayanan Şəhidlər karvanına qatıldı.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!