Əhli-Beyt
(əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Seyyyid Həsən Nəsrullahın
Şəhadətə yetirilməsinin ardınca Livan Hizbullahının yeni baş katibi məqamına
Seyyid Haşim Safiuddin cənabları seçilib.
Safiuddin Livan Hizbullahının yəhudi terrorçuları tərəfindən Şəhadətə yetirilmiş Lideri Seyyid Həsən Nəsrullahın əmisi oğludur.
Qeyd edək ki, 1982-ci ildə yaradılan Hizbullahın Baş Katibi Seyyid Abbas Musəvi 1992-ci ildə faşist İsrail rejimi tərəfindən şəhid edildi. Onun yerinə Seyyid Həsən Nəsrullah təyin olunduqdan 8 il sonra, 2000-ci ildə İsrail faşist rejimi Livandan iti qovan kimi qovuldu və Livanın bütün torpaqları yəhudi işğalından azad edildi. Bu, Ərəb-İsrail müharibəsi tarixində ilk dəfə baş verən Böyük və Ələmətdar bir Hadisə oldu. 2006-cı ildə isə, İsrail terror rejiminin Hizbullaha qarşı başlatdığı geniş miqyaslı və müqayisə olunmaz müharibəsi 33 gündən sonra Hizbullahın tam qələbəsi ilə sona yetdi. Və bu ABŞ və İsrail sionistlərinin Hizbullah qarşısında ikinci biabırcasına məğlubiyyəti idi. İndi ABŞ və İsrail faşistləri Seyyid Həsən Nəsrullahı Şəhadətə yetirdilər. Belə güman edirlər ki, Hizbullahın işi bununla da sona yetdi. Amma anlamırlar ki, Seyyid Haşim Səfiuddin Seyyid Həsən Nəsrullahdan da daha artıq çalışqanlıq və dirəniş göstərərək, Allah Təalanın və İmam Zaman həzrətlərinin yardımları ilə düşmən yəhudi imperializmini içəridən darmadağın edəcəkdir. Bu hesablama, Şəhid Qasım Süleymani və General Qaani barəsində də doğru və yerindədir. Belə ki, Hac Qasım Süleymani şəhid edildikdən sonra General Qaaninin ABŞ və İsrail faşist rejimlərinə qarşı həyata keçirtdiyi əməliyyatların həm sayı və həm də miqyası on dəfələrlə artıq və misli görünməmiş həddindədir.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!