24 sentyabr 2024 - 06:30
CENTCOM-un keçmiş komandirindən olan general Makkenzinin İranın raket qabiliyyəti ilə bağlı xəbərdarlıq

“CENTCOM”un keçmiş komandiri “regiondakı Amerika bazalarının İran raketləri qarşısında müdafiəsiz hala düşdüyünü” vurğulayaraq, bu bazaların mövqeyinə yenidən baxılmasını tələb edib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi- ABNA: Hazırda Amerika Milli Təhlükəsizlik üzrə Yəhudi İnstitutunun yüksək vəzifəli üzvü olan CENTCOM-un (ABŞ-ın regiondakı Mərkəzi Komandanlığının) keçmiş komandiri general Frank Makkenzi verdiyi hesabatında xəbərdarlıq edib ki, İran silah imkanlarını inkişaf etdirdikcə, Amerika bazaları, Qərbi Asiya regionunda onların raketlərinə qarşı müdafiəsiz vəziyyətə düşüb.

O, deyib:

“Bizim baza strategiyamız köhnəlmişdir və regiondakı mərkəzi təhlükə ilə, yəni İranla mübarizə aparmaq üçün zəif mövqedədir. Və İran yaxınlığında yerləşən Qətər, BƏƏ və Bəhreyndəki bəzi ABŞ bazaları hazırda Amerikanın bölgədəki zəif nöqtələri hesab olunur.”

2019-cu ilin martından 2022-ci ilin aprelinə qədər üç il müddətində Centcom komandiri olaraq bölgədə olan olan Makknezi, deyib:

“Birləşmiş Ştatlar bazalarını İrandan uzaqlaşdırmaq üçün Səudiyyə Ərəbistanı, İordaniya, Oman və Misir kimi regional müttəfiqləri ilə ciddi şəkildə işləməlidir.”

 

 

Diqqәt: Xәbәrdәn İstifadә Etdikdә Mәnbәyә İstinad Lazımdır!