30 iyul 2024 - 17:30
Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının Pakistanın Paraçenar şəhərində Şiələrin qətliamı ilə bağlı bəyanatı

Ümumdünya Əhli-Beyt (ə) Assambleyası bəyanat yayaraq, Pakistanın Paraçenar şəhərində şiələrin qətliam edilməsini pisləyib.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi - ABNA: Ümumdünya Əhli-Beyt (ə) Assambleyası bəyanat yayaraq, Pakistanın Paraçenar şəhərində şiələrin qətliam edilməsini pisləyib.

Ümündünya Əhli-Beyt (ə) Assambleyasının bəyanatının mətni belədir:

Bismilləhir Rahmənir Rahim 

انا لله و انا الیه راجعون

«وَمَن یَقْتُلْ مُؤْمِنًا مُّتَعَمِّدًا فَجَزَآؤُهُ جَهَنَّمُ خَالِدًا فِیهَا وَغَضِبَ اللّهُ عَلَیْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِیمًا»( نساء 93)

Hamımız Allaha məxsusuq və hamımız ona doğru qayıdırıq.

“Hər kim bir mömini qəsdən öldürərsə, onu əbədi qalacaq cəhənnəm əzabı gözləyir və Allah ona qəzəb etmiş, onu lənətləmiş və onun üçün böyük bir əzab hazırlamışdır.” (Nisa 93).

Pakistanın Kərəm İcnesi (Paraçenar) bölgəsində şiələrin haqsız yerə şəhid olması bir daha bütün dünya şiələrinin və Pakistan müsəlmanlarının qəlbini kədərləndirdi. Təkfirçi qruplar tərəfindən həyata keçirilən və 35-dən çox insanın şəhid olub, 160-a yaxın şiənin yaralanması ilə nəticələnən bu hadisə şiələrin və region xalqının zülmə məruz qaldığını bir daha ortaya qoydu və beynəlxalq ictimaiyyətin təkfirçiliyi tanıyıb ona qarşı mübarizə aparmasına səbəb oldu.

Şübhəsiz ki, Paraçenar bölgəsinin əhalisi arasında vətəndaş və etnik münaqişələrin qarşısının alınması, təkfirçilik və terror hadisəsi ilə mübarizə, İslami birliyə nail olmaq üçün çalışmaq Pakistan müsəlmanlarının və beynəlxalq ictimaiyyətin daha çox diqqət yetirməli olduğu məsələlərdəndir.

Ümumdünya Əhli-Beyt (ə) Assambleyası bu təkfirçi hərəkətləri kəskin şəkildə pisləyir, şəhidlərin ailə üzvləri və yaxınları ilə həmrəylik ifadə edərək, Pakistan müsəlmanlarına və Əhli-Beyt (ə) ardıcıllarına başsağlığı verir və Uca Allahdan bu hadisədə şəhid olanlara rəhmət diləyir.

Həmçinin Pakistan İslam Respublikası hökumətinə təkfirçi və terror hərəkatları ilə mübarizədə göstərdiyi səylərə görə təşəkkür etməklə yanaşı, cinayətkarlarla mübarizə və bu bölgədəki şiələrin can və mallarının qorunması üçün daha ciddi səylərin göstərilməsinə çağırır.


Ümündünya Əhli-Beyt (ə) Assambleyası

24 Məhərrəm 1446


Diqqət! Xəbərdən istifadə edildikdə mənbəyə istinad etməlisiniz.