Əhli-Beyt
(əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: İraqın Diyala vilayətində təhlükəsizlik
əməliyyatlarının komandanlığı, ABŞ-ın icad etdiyi və 2017-ci ilin 09
dekabırında rəsmən məhv edilərək tarixin zibilliyinə tulanılan qondarma “İŞİD”
adlı terror qruplaşmasının qalıqlarına qarşı aparılan əməliyyatda bir neçə
iraqlı əsgərin şəhid olması və yaralanması ilə yanaşı, xeyli sayda vəhhabi
terrorçuların da öldürüldüyü barədə açıqlama verib.
İraqlı zabit açıqlamasında bu qarşıdurmadan sonra sözügedən ərazinin təmizləndiyini açıqlayıb.
İyunun sonunda iraqlı döyüşçülər həmçinin Diyala və Kərkükün 2 vilayətində İŞİD-in anqarını və avtomobilini hədəfə alıblar.
Diqqət:
Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!