29 avqust 2023 - 08:10
İmam Musa Sədrin ailəsi: Qəddafinin keçmiş vəkilinin İmam Musa Sədrin işi ilə bağlı iddiaları təkrar və əsassızdır

İmam Musa Sədrin ailəsi diktator Qəddafinin keçmiş vəkilinin İmam Musa Sədr və onun yoldaşlarının işi ilə bağlı iddialarının tamamilə əsassız olduğunu vurğulayaraq Livan məhkəmə sistemi və Vəkillər Kollegiyasından bu vəkilin hərəkətlərinin dayandırılması üçün dərhal qərar qəbul etməsini istəyib.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: İmam Musa Sədrin və onun iki yoldaşının Liviyada oğurlanmasının ildönümü ərəfəsində İmam Musa Sədrin ailəsi bəyanat verərək bildirib:

“Əvvəllər biz “Hannibal Qəddafinin” (Liviyanın keçmiş diktatoru Müəmmər Qəddafinin oğlu) keçmiş vəkili “Buşra əl-Xəlilin” təkrar sözlərinə cavab verməməyi üstün tutmuşduq, amma bu gün bu fikirləri düzəltmək və vəziyyəti dəyişmək məcburiyyətindəyik;

Buna görə də izah etməliyik ki, Büşra Əl-Xəlilin imam Seyid Musa Sədr haqqında dedikləri, onun və iki yoldaşının həbsilə bağlı hekayəsi tamamilə əsassızdır və əl-Xəlil heç vaxt öz iddialarına dəlil gətirməyib. O, heç vaxt Sədr ailəsi və ya onların qohumları ilə dost olmayıb; Daha doğrusu, o, İmam Musa Sədr və onun yoldaşlarının həyatını təhlükəyə atdı, onların ailəsini və yaxınlarını ruhi təqiblərə məruz qoydu.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!