Əhli-Beyt
(əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Misir Xarici Əlaqələr Şurasının sədri
bəyan edib ki, İranla təmaslar davam edir və Qahirənin Tehranla əlaqələrini bərpa
etmək üçün digər tərəflərin vasitəçiliyinə və ya müdaxiləsinə ehtiyacı yoxdur.
Misir Xarici İşlər Şurasının rəhbəri “Məhəmməd Əl-Ərəbi” İranla təmasların olduğunu və bu danışıqların təfərrüatlarını açıqlamağa ehtiyac olmadığını vurğulayıb.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!