17 iyul 2023 - 20:19
Türkiyədə meşə yanğınları davam edir

Türkiyənin Hatay bölgəsində Belen rayonunda meşə yanğını baş verib.

 "TRT Haber"ə istinadən , yanğınsöndürən qrupların havadan və qurudan müdaxiləsi ilə alovlar söndürülməyə çalışılır.

Yanğın əsasən Soğukölük məhəlləsinin meşə sahəsində baş verib. Hadisənin səbəbi hələ bəlli deyil.

Yaşayış məntəqələrinə yaxın ərazidə baş verən yanğın küləyin təsiri ilə böyüyüb .

342/