«Həbib Əsyud» ləqəbli Həbib Fərəcullah Çəəb bəzi region ölkələrinin, habelə Amerikanın MKİ, sionist rejimin MOSSAD və İsveçin SAPO casusluq təşkilatları da daxil olmaqla bir neçə xəfiyyə xidmətinin dəstəyi altında 2005-ci ildən terrorçu «Hərəkət ən-Nizal» qaragüruhuna başçılıq etməyə başladı. Bu qruplaşmanın «Həbib Əsyud»un başçılığı altında törətdiyi qanlı terror hərəkətləri nəticəsində 450 nəfərdən çox İran vətəndaşı şəhid olub və ya yaralanıbdır.
2018-ci il sentyabrın 22-də İranın cənub-qərbində yerləşən Əhvaz şəhərində hərbi və nizam-intizam qüvvələrinin paradına qarşı terror hücumu və məzlum və günahsız Xuzistan sakinlərinin qəddar şəkildə qırğın olunmaları, terrorçu «Hərəkət ən-Nizal» qaragüruhu tərəfindən həyata keçirildi və bu terror qruplaşmasının üzvləri onun məsuliyyətini rəsmən üzərlərinə götürdülər.
Həbib Fərəcullah Çəəb 2020-ci ilin noyabrında İranın təhlükəsizlik qüvvələri tərəfindən Türkiyədə yaxalandı və müttəhimin, onun vəkillərinin, şikayətçilərin və terror şəhidlərinin ailələrinin iştirakı ilə çox sayda iclas keçirildi.
342/